Bank Of Baku

Azərbaycan İpoteka Fondunun reytinqi üzrə proqnoz yaxşılaşıb

Azərbaycan İpoteka Fondunun reytinqi üzrə proqnoz yaxşılaşıb
# 25 oktyabr 2011 06:52 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, AİF ölkədə belə yüksək reytinq şamil edilən ilk təşkilatdır.

Qeyd edək ki, «Fitch Ratings» 2010-cu ildə verdiyi qərarla Azərbaycan İpoteka Fondunun kredit reytinqini Azərbaycanın ölkə reytinqinə bərabərləşdirib. Agentliyin məlumatında deyilir ki, Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi AİF-in dövlət qurumu statusu, Mərkəzi Bankın Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunun olması ilə bağlıdır.

Fondun məlumatında deyilir ki, «Müsbət» proqnoz kredit reytinqinin yaxın gələcəkdə daha da yaxşılaşa biləcəyi göstəricisi kimi qəbul edilir.

Hazırda AİF müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı dərəcələrlə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə ümumilikdə 325 mln. manat həcmində 8 mindən çox ipoteka krediti verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR