Bank Of Baku

«Bank of Baku»nun keçirdiyi fotomüsabiqənin qalibləri müəyyənləşib - FOTO

«Bank of Baku»nun keçirdiyi fotomüsabiqənin qalibləri müəyyənləşib - <font color=red>FOTO</font>
# 26 oktyabr 2011 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC “Facebook” sosial şəbəkəsində keçirdiyi “Görəsən, pullar harada gizlənir?” fotomüsabiqəsinin qalibləri müəyyənləşib.

Bakın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyul ayının 18-də başlanan müsabiqənin əsas şərti pulların gizlənə biləcəyi ən qeyri-adi, məzəli yeri təsvir edən fotoşəkilləri çəkib təşkilat komitəsinə təqdim etmək olub. Nəticədə fotomüsabiqəyə 200-ə yaxın şəkil göndərilib, lakin onların sırasından şərtlərə cavab verən 110 fotoşəkil seçilib.

Qeyd edək ki, qalib şəkillər «Bank of Baku»nun “Facebook”dakı səhifəsində 1 ay davam edən səsvermə nəticəsində ən çox səs sayına görə müəyyənləşiblər. Belə ki, I yerin qalibinə 1000 manat, «Visa Deposit Card», pulsuz internet-bankinq və SMS-bankinq xidmətləri, II yerin qalibinə 700 manat, «Visa Deposit Card», pulsuz internet-bankinq və SMS-bankinq xidmətləri, III yerin qalibinə isə 500 manat, «Visa Deposit Card», pulsuz internet-bankinq və SMS-bankinq xidmətləri təqdim olunub.

Həmçinin müsabiqə zamanı daha iki nəfərə məxsus olan şəkillər «Bank of Baku»nun simpatiyasını qazanaraq əlavə hədiyyələrə layiq görülüb. Belə ki, hər bir müəllifə bankdan 250 manat məbləğində pul mükafatı, pulsuz «Visa Deposit Card» internet-bankinq və SMS-bankinq xidmətləri hədiyyə olunub. Eyni zamanda «Bank of Baku» müsabiqənin ilk onluğuna düşən müəlliflərə də hədiyyələr təqdim edəcək.
Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR