Bank Of Baku

«Bank VTB Azərbaycan» gələn il mənfəətə çıxmaq niyyətindədir

«Bank VTB Azərbaycan» gələn il mənfəətə çıxmaq niyyətindədir
# 28 oktyabr 2011 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «Bank VTB Azərbaycan» ASC zərərlə işləməsinin əsas səbəbi bankın filial şəbəkəsinin genişləndirilməsinə sərmayə yatırılması ilə bağlıdır. Bunu «APA-Economics»ə açıqlamasında «Bank VTB Azərbaycan»ın İdarə Heyətinin üzvü Şahin Mirzəyev bildirib.

Ş.Mirzəyevin sözlərinə görə, əsas vəsaitlərin alınması və investisiyaların yatırılması prosesi son nəticədə müəyyən xərclər yaradır: «Hər hansı bir biznes qurulanda belə hallara rast gəlinir».

Ş.Mirzəyevin sözlərinə görə, növbəti ildən başlayaraq bankın mənfəətlə işləyəcəyi gözlənilir. Proqnozlara əsasən, 2011-ci ilin yekununda bankın zərərinin 3 mln. manatdan az olacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azərbaycan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları rolunda «VTB Bank» ASC (51%), «AtaHolding» Şirkətlər Qrupu (48,99%) və fiziki şəxslər (0,01%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR