Bank Of Baku

Azərbaycanda aktivlərin idarə edilməsi anlayışı Mülki Məcəlləyə daxil ediləcək

Azərbaycanda aktivlərin idarə edilməsi anlayışı Mülki Məcəlləyə daxil ediləcək
# 28 oktyabr 2011 14:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan parlamentinin İqtisadi siyasət Komitəsində aktivlərin idarə edilməsi ilə bağlı Mülki Məcəlləyə dəyişikliklərin edilməsinə dair müvafiq qanun layihəsi müzakirə olunub. «APA-Economics»in məlumatına görə, belə ki, Məcəllənin 992-1.9. maddəsinin «Aktivlərin idarə edilməsi müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir» redaksiyasında verilməsi tövsiyə olunur.

Qeyd edək ki, əvvəlki redaksiyada bu maddə «Qiymətli kağızların idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir» kimi olub. Göründüyü kimi, bu maddədə idarəçiliyə verilən əmlak qiymətli kağızlardan daha geniş anlayışda verilir.

Qanun layihəsi bununla bağlı digər maddələrdə müvafiq dəyişiklikləri nəzərdə tutur.

Qeyd edək ki, müzakirələr nəticəsində qanun layihəsinin parlamentin plenar iclasında çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR