Bank Of Baku

“Panasonic” birinci yarımildə günə 10 mln. dollar itirib

“Panasonic” birinci yarımildə günə 10 mln. dollar itirib
# 31 oktyabr 2011 11:19 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Panasonic” şirkətinin xalis zərəri 2011-ci maliyyə ilinin birinci yarımilinin yekunlarına əsasən 136,15 mlrd. yen (1,7 mlrd. dollar) təşkil edib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, şirkətin gündəlik zərəri günə 10 mln. dollardan bir qədər az olub.

Dünyanın ən böyük elektrotexnika istehsalçılarından biri cari maliyyə ilinin yekununda 420 mlrd. yen (5,5 mlrd. dollar) zərər proqnozlaşdırır. Ötən ilin müvafiq dövründə şirkət 74 mlrd. yen (970 mln. dollar), ötən ilin yekununda isə 30 mlrd. yen (393 mln. dollar) xalis mənfəət əldə edib.

“Panasonic” bu kəskin itkiləri satışın azalması, restrukturizasiya xərcləri və bu ilin mart ayında Yaponiyada baş vermiş dəhşətli zəlzələnin təsiri ilə izah edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR