Bank Of Baku

«Bank Standard» keçirdiyi uduş aksiyasının qaliblərini müəyyənləşdirib

«Bank Standard» keçirdiyi uduş aksiyasının qaliblərini müəyyənləşdirib
# 31 oktyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” QSC-nın “Kartla ödə, BlackBerry qazan!” aksiyasının qalibləri müəyyən olunub. Bankdan “APA-Economics”, qaliblərin hər birinə “BlackBerry Torch 9800" mobil telefonu təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində bankın baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Qeyd edək ki, “Bank Standard” “Kartla ödə, APPLE qazan!” adlı yeni, daha geniş həcmli bir aksiyaya başlayıb. Əvvəlkilərdən fərqli olaraq, yeni aksiya 4 mərhələdə keçiriləcək və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd “MacBook Pro” noutbuku, daha sonra 10 ədəd “iPad” planşeti, 10 ədəd “iPhone” mobil telefonu və 10 ədəd “MacBook Air” noutbuku oynanılacaq.

Yeni aksiyanın şərtləri əvvəlki aksiyaların şərtlərinə bənzərdir. Belə ki, aksiya “Bank Standard” tərəfindən buraxılan kart sahibləri üçün nəzərdə tutulub. Aksiyada iştirak etmək üçün plastik kartı ilə Pos-terminal, bankomat, habelə “Mobil Bank” xidməti vasitəsilə və ya İnternetdə ödəniş aparmaq lazımdır.

Lakin əvvəlkilərdən fərqli olaraq, yeni aksiyada iştirakçılara lotereya şansları artıq əvvəllər olduğu kimi hər xərclənən 50 şərti vahid (AZN, USD, GBP, EUR) deyil, yalnız 10 şərti vahid müqabilində veriləcək. Yeni aksiyanın şərtlərində digər fərqli cəhətləri arasında həmçinin ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onların növbəti mərhələlərdə qüvvədə qalacağını göstərmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR