Bank Of Baku

«VTB Kapital»ın Azərbaycanda törəmə müəssisəsi açıla bilər

«VTB Kapital»ın Azərbaycanda törəmə müəssisəsi açıla bilər
# 31 oktyabr 2011 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «VTB Group»u Azərbaycanda «VTB Kapital» şirkətinin törəmə müəssisəsinin açılmasını istisna etmir. «APA-Economics»in məlumatına görə, bunu «Bank VTB»nın İdarə Heyətinin üzvü xanım Olqa Derqunova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda «VTB Group»un bu törəmə müəssisəsinin yaradılmasına tələbat olarsa, şirkət bunu həyata keçirəcək: «Artıq biz «VTB Kapital» haqqında və şirkətin təklif etdiyi məhsul və xidmətlər barədə Azərbaycan tərəfinə zəruri məlumatları təqdim etmişik. Tələbat olarsa «VTB Kapital»ın Azərbaycanda açılmasını təklif edəcəyik».

O.Derqunova onu da bildirib ki, «VTB Kapital»ın həyata keçirdiyi əməliyyatları Azərbaycanda da realizə etmək üçün şirkətin Bakıda ofisinin açılması vacib deyil: «Bu şirkətin bir çox ölkələrdə nümayəndəliyi mövcuddur. Lakin həmin nümayəndəliklər digər ölkələrdə də əməliyyatlar həyata keçirə bilir. Azərbaycanda da investisiya əməliyyatlarını «VTB Kapital»ın digər ölkədəki nümayəndəliyi vasitəsilə həyata keçirə bilərik».

Qeyd edək ki, «VTB Kapital» QSC investisiya-bank məhsulları, qiymətli kağızların emissiyasının təşkili, birbaşa investisiyalar biznesinin inkişafı, ticarət əməliyyatlarının həyata keçirilməsi, aktivlərin idarə olunması və s. xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR