Bank Of Baku

Rusiya Azərbaycanın maliyyə nəzarəti sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Rusiya Azərbaycanın maliyyə nəzarəti sahəsində təcrübəsini öyrənmək niyyətindədir
# 02 noyabr 2011 12:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya Hesablama Palatası Azərbaycan-Rusiya sərhədində Rusiya tərəfindən (Dağıstan) gömrük sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görməyi nəzərdə tutur. «APA-Economics»in məlumatına görə, bunu Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşin bildirib.

S.Stepaşinin sözlərinə görə, bundan başqa Rusiya Hesablama Palatası Xəzərdə ekoloji sahədə müvafiq araşdırmalara başlamaq niyyətindədir və bu sahədə bütün Xəzəryanı ölkələrin ali maliyyə nəzarəti qurumlarının iştirakı nəzərdə tutulur.

S.Stepaşin bildirib ki, Rusiya və Azərbaycan Hesablama palataları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin, Rusiya Azərbaycandan bir neçə sahədə təcrübə toplamaq niyyətindədir: «Bura tikinti, xüsusən də yol tikintisində büdcə vəsaitlərinin səmərəli istifadəsi və Dövlət Neft Fondunun fəaliyyəti aiddir. Bundan başqa, yaxın vaxtlarda Rusiya və Azərbaycan nəqliyyat nazirlərinin görüşündə nəqliyyat sahəsində, yol tikintisi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Hətta Azərbaycan mütəxəssislərinin Rusiyada yol tikintisinə cəlb edilməsi məsələsi gündəmdədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR