Bank Of Baku

BVF: Gələn il dünyada neft və əmtəənin ucuzlaşması gözlənilir

BVF: Gələn il dünyada neft və əmtəənin ucuzlaşması gözlənilir
# 02 noyabr 2011 13:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş «World Economic Outlook» hesabatının Bakıda keçirilən təqdimatında çıxış edən Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə 2011-2012-ci illərdə dünya üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempinin 4% təşkil edəcəyi proqnozlaşdırılır.

Təqdimatda həmçinin qeyd olunub ki, 2011-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 0,2%, 2012-ci ildə isə 7,1% təşkil edəcəyi proqnozlaşdırılır.

Ümumiyyətlə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda neft-qaz ixracatçısı ölkələrində bu göstəricinin müvafiq olaraq 5,6% və 6,4% təşkil edəcəyi gözlənilir.

İnflyasiyaya gəldikdə isə, BVF-nin hesabatda qeyd olunub ki, Azərbaycanda inflyasiyanın səviyyəsi 2011-ci ildə 9,3%, 2012-ci ildə isə 10,3% təşkil edəcək.

Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda neft-qaz ixracatçısı ölkələrində bu göstəricinin müvafiq olaraq 9,6% və 9,2% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR