Bank Of Baku

«Xalq Bank» son bir ildə aktivlərini 37% artırıb

«Xalq Bank» son bir ildə aktivlərini 37% artırıb
# 02 noyabr 2011 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabrın 1-nə 700,684 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 53% artaraq 482,148 mln. manata, kredit portfeli isə 16% artaraq 532,012 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,1% artaraq 90,342 mln. manat, o cümlədən nizamnamə kapitalı 14% artaraq 82,895 mln. manat təşkil edib.

Təhlil olunan dövrdə bankın cəmi müştəriləri 34% artaraq 19 984, aktiv plastik kartların sayı isə 33% artaraq 10 693 olub.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın ölkə üzrə 15 filialı, 31 bankomatı, 54 POS-terminalı və 406 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR