Bank Of Baku

«Dəmirbank»ın veb-saytında «Azəriqaz» üzrə onlayn ödənişlər qəbul olnur

«Dəmirbank»ın veb-saytında «Azəriqaz» üzrə onlayn ödənişlər qəbul olnur
# 02 noyabr 2011 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin rəsmi veb-saytında «BillPay» onlayn ödəniş xidməti vasitəsilə «Azəriqaz» ödənişlərini də həyata keçirmək mümkündür.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistemlə bankın kart sahibləri https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

Onlayn ödənişlər «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə «DəmirBank»a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

«DəmirBank» həmçinin plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və Dövlət Yol Polisinin cərimələrini ödəmək imkanı təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR