Bank Of Baku

«Access Bank» Gəncə, Mingəçevir və İmişlidə mobil futbol meydançalarının quraşdırılması layihəsini başa çatdırıb

«Access Bank» Gəncə, Mingəçevir və İmişlidə mobil futbol meydançalarının quraşdırılması layihəsini başa çatdırıb
# 02 noyabr 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Access Bank» Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Gəncə, Mingəçevir və İmişli şəhərlərində mobil futbol meydançalarının quraşdırılması layihəsinin icrasını başa çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində «Access Bank» Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə yeniyetmə qızlar arasında futbol turniri də təşkil edib. Bu turnir bankın “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində təşkil olunub və şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilib.

Qeyd edək ki, Gəncədə bu cür turnir ilk dəfə təşkil olunub və iki gün davam edib. Gəncədən sonra mobil futbol meydançaları Mingəçevir və İmişli şəhərlərində də quraşdırılıb.

Xatırladaq ki, 2010-cu ildən etibarən «Access Bank» AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal və çimərlik futbolu üzrə Azərbaycan yığmasının və yeniyetmə yığma komandalarının rəsmi sponsorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR