Bank Of Baku

«Bank Nikoil»un depozit portfeli son bir ildə 48% genişlənib

«Bank Nikoil»un depozit portfeli son bir ildə 48% genişlənib
# 03 noyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank Nikoil» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 189,401 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,5% artaraq 158,715 mln. manat, o cümlədən 12 ayadək verilən kreditlər 76,571 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 42,115 mln. manat, istehlak kreditlərinin həcmi isə 17% artaraq 92,958 mln. manat olub.

Qeyd olunan dövrdə bankın depozit portfeli 48% artaraq 96,648 mln. manat, o cümlədən müddətli depozitlər 83,243 mln. manat, tələb olunanadək depozitlər 13,405 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 55% artaraq 85,054 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,3% artaraq 31,396 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manata olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 8,6% artaraq 24,212 mln. manat, o cümlədən faiz gəlirləri 21,754 mln. manat, qeyri-faiz gəlirləri 2,181 mln. manat, həmçinin xərcləri 5,4% artaraq 22,367 mln. manat, o cümlədən faiz xərcləri 10,092 mln. manat, qeyri-faiz xərcləri isə 12,275 mln. manat təşkil edib. Nəticədə, bankın əldə etdiyi mənfəətin həcmi 1,754 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 78% çoxdur.

Xatırladaq ki, təsisçisi Rusiyanın «UralSib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Bank Nikoil» 1997-ci ildən fəaliyyət göstərir. Oktyabrın 1-nə bankın 13 filialı, 24 bankomatı, 60 POS-terminalı və 444 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR