Bank Of Baku

«De Beers» şirkəti Azərbaycanda nümayəndəlik açıb

«De Beers» şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 03 noyabr 2011 08:05 (UTC +04:00)
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrda ölkədə «De Beers Azerbaijan» MMC qeydiyyatdan keçib. Nizamnamə kapitalı 2 000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonunda yerləşir. «De Beers Azerbaijan» MMC-nin təsisçiləri Piriyev Nəsib Nizami oğlu və Əsədova Dürdanə Oqtay qızıdır.

Xatırladaq ki, «De Beers» şirkəti təbii almazların hasilatı, emalı və satışı, eləcə də sənaye məqsədləri üçün sintetik almazların istehsalı ilə məşğul olur. Bu sahədə dünyanın ən böyük şirkəti sayılan «De Beers» 25 ölkədə işləyir və bütün dünyada çıxarılan almazların 40%-ni hasil edir. Qeyd edək ki, 2001-ci ildən şirkət həm də brilyantların pərakəndə satışı ilə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR