Bank Of Baku

Oktyabrda Azərbaycanda dövlət vəsaitləri hesabına əhaliyə 5,6 mln. manatlıq ipoteka krediti verilib

Oktyabrda Azərbaycanda dövlət vəsaitləri hesabına əhaliyə 5,6 mln. manatlıq ipoteka krediti verilib
# 03 noyabr 2011 09:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda əhaliyə 5,6 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib.

Ümumilikdə, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində 74,4 mln. manatlıq ipoteka kreditləri verilib. Bununla, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 324,1 mln. manata çatıb. Nəticədə, oktyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 35,5 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, sentyabrın 1-də 34,9 manat olub.

Oktyabr ayında AİF tərəfindən 9,3 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Yanvar-oktyabr aylarında isə yenidən maliyyələşdirmə 59,9 mln. manat həcmində olub. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 235,9 mln. manatı və ya 72,8%-i təkrar maliyyələşdirilib.

Hesabat ayında dövlət büdcəsindən AİF-ə 1,3 mln. manat vəsait ayrılıb. Nəticədə, ilk 10 ayda büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 16,7 mln. manata çatıb.

Həmçinin, oktyabrda İpoteka Fondu 6 mln. manatlıq istiqraz buraxıb. Yanvar-oktyabr aylarında Fondun buraxdığı istiqrazların həcmi isə 66 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR