Bank Of Baku

«ABB-Moskva» VIP-müştərilər üçün xüsusi bölmə yaradıb

«ABB-Moskva» VIP-müştərilər üçün xüsusi bölmə yaradıb
# 03 noyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə bankı – «ABB-Moskva» VIP-müştərilər üçün «Prestige Club» bölməsi yaradıb.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, bu xüsusi klub müştərilərə investisiya-bank məhsul və xidmətləri, ailə kapitalının idarə edilməsi, daşınmaz əmlak, sənət əsərləri, əntiq əsərlər kimi alternativ investisyalarla bağlı məsələlərin həlli xidmətini təklif edir.

«Prestige Club»un tərəfdaşları sırasında tanınmış Rusiya və xarici maliyyə və servis təşkilatları var. «ABB-Moskva»da əmindirlər ki, «Prestige Club» üzvlər üçün maliyyə məsələlərinin həllində ideal vasitə olacaq.

Qeyd edək ki, 1,5 mln. rubl (50 min dollar və ya avro) həcmində depozit açan «Prestige Club»un üzvləri üçün bank, qeyri-maliyyə xidmətləri və bir sıra üstünlükləri cəmləşdirən «Prestige Bonus», «Prestige Bonus+», «Luxury+» kimi pulsuz xidmətlər paketləri təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR