Bank Of Baku

Oktyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2 dəfə artıb

Oktyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 2 dəfə artıb
# 03 noyabr 2011 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 29 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 11 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsinin USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 88,672 mln. manat və ya dollar ekvivalentində 112,755 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 43,406 mln. manat və ya 2 dəfə çoxdur.

Oktyabrda Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 5,369 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 3,888 mln. dollar təşkil edib.

Eyni zamanda, oktyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (37,81%), «Amrahbank» (30,22%) Azərbaycan Beynəlxalq Bankı (14,63%), «Xalq Bank» (8,87%) və «UniBank» (4,31%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR