Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-oktyabr aylarında 4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-oktyabr aylarında 4 dəfə artıb
# 03 noyabr 2011 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 6,077 mlrd. manat təşkil edib. Bu isə 2010-cu ilin analoji dövrünə nisbətən 4,2 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 72,3% artıb. Korporativ istiqrazların ilkin bazarında 77 əqd üzrə 133,607 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 87 əqd üzrə 355,155 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 82,8%, təkrar bazarı isə 2,6 dəfə artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı ilin ilk 10 ayı ərzində 2,3 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 91,738 mln. manat təşkil edib və 2010-cu ilin yanvar-oktyabr aylarına nisbətən 27% azalıb. Səhmlərin ilkin bazarı 30,4% azalıb, təkrar bazarı isə 48,6% artıb.

Korporativ qiymətli kağızlar

Bazarın seqmentləri

Yanvar-oktyabr, 2011

Yanvar-oktyabr, 2010

Nisbət,
%

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

133 607 075,46

77

73 074 590,01

88

82,8%

Korporativ istiqrazlar (təkrar bazar)

355 154 749,07

87

138 262 949,12

90

2,6 dəfə

KI bazarı cəmi

488 761 824,53

164

211 337 539,13

178

2,3 dəfə

Səhmlər (yerləşdirmə)

83 703 599,10

119

120 266 868,96

1 796

-30,4%

Səhmlər (təkrar bazar)

8 034 438,96

2 970

5 407 398,35

1 676

48,6%

Səhm bazarı cəmi

91 738 038,06

3 089

125 674 267,31

3 472

-27%

KQK bazarı cəmi

580 499 862,59

3 253

337 011 806,44

3 650

72,3%



Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında müəyyən azalma qeydə alınıb. Belə ki, hesabat dövründə Dİ bazarının həcmi 15,8% azalıb, o cümlədən istiqrazların təkrar bazarının həcmi 2,2 dəfə azalıb, ilkin bazarın həcmi isə 0,1% artıb.

Ümumiyyətlə, yanvar-oktyabr aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə artıb.


Dövlət qiymətli kağızları

Bazarın seqmentləri

Yanvar-oktyabr, 2011

Yanvar-oktyabr, 2010

Nisbət,
%

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN) – (yerləşdirmə)

210 444 668,77

115

210 292 967,70

92

0,1%

Dİ (AMN)
(təkrar bazar)

39 563 251,84

40

86 831 231,89

46

-2,2 dəfə

Dİ bazarı cəmi

250 007 920,61

155

297 124 199,59

138

-15,8%

Notlar (AMB) (yerləşdirmə)

560 442 611,95

232

170 440 933,81

136

3,3 dəfə

Notlar (AMB)
(təkrar bazar)

9 555 687,77

5

5 564 936,87

2

71,7%

Not bazarı cəmi

569 998 299,72

237

176 005 870,68

138

3,2 dəfə

Repo əməliyyatları

4 676 019 813,36

1 086

649 862 165,63

644

7,2 dəfə

DQK bazarı cəmi

5 496 026 033,69

1 478

1 122 992 235,90

920

4,9 dəfə


Dİ – dövlət istiqrazları;
A MN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR