Bank Of Baku

Azərbaycanda pul bazası oktyabrda azalıb

Azərbaycanda pul bazası oktyabrda azalıb
# 03 noyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu il noyabrın 1-nə 7 189,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin noyabrın 1-nə nisbətən bu göstərici 1 543,5 mln. manat və ya 27,3% artıb.

Eyni zamanda, cari ilin əvvəlindən pul bazası 792,7 mln. manat və ya 12,4% artsa da, oktyabrda 16,7 mln. manat və ya 0,2% səviyyəsində azalma baş verib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR