Bank Of Baku

Yunanıstanın baş naziri istefa vermək niyyətində deyil

Yunanıstanın baş naziri istefa vermək niyyətində deyil
# 03 noyabr 2011 15:15 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın baş naziri Georgios Papandreu koalision hökumət yaradılmasına razı olsa da, vəzifəsindən istefa vermək niyyətində deyil. “APA-Economics”in xəbərinə görə, bu barədə Yunanıstan dövlət televiziyası baş nazirə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Yunanıstan müxalifəti Avropa İttifaqı (Aİ) ilə razılaşdırılmış ölkəyə yardım tədbirlərini qəbul etmək üçün koalision hökumət yaradılmasını tələb edir. Papandreunun tədbirlər paketini referenduma çıxarmaq qərarı ölkədə parlament böhranına səbəb olub. Aİ liderləri isə bəyan ediblər ki, referendumda çoxluq kredit sazişini rədd edərsə, Yunanıstan avrozonadan kənar qala bilər.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin ötən həftə keçirilən sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR