Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 47% artırıb

«Azərbaycan Sənaye Bankı» son bir ildə aktivlərini 47% artırıb
# 04 noyabr 2011 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivləri 2011-ci il oktyabr ayının 1-nə 164,711 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 47% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 49,4% artaraq 94,523 mln. manat, kredit portfeli 75% artaraq 129,1 mln. manat təşkil edib. Həmçinin, bankın məcmu kapitalı 7,4% artaraq 27,757 mln. manata, o cümlədən nizamnamə kapitalı 9,1% artaraq 24 mln. manata çatıb.

Qeyd edək ki, oktyabr ayının 1-nə bankın müştərilərinin sayı 36 684-ə, o cümlədən fiziki şəxslər 35 702-yə, hüquqi şəxslərin sayı isə 982-yə çatıb. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 44,2% artaraq 20 845, o cümlədən debet kartları 34% artaraq 17 827, kredit kartlarının sayı isə 2,5 dəfə artaraq 3 018 olub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 9 filialı, 32 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR