Azərbaycanda yeni Gömrük Məcəlləsinin gətirəcəyi yeniliklər açıqlanıb
Belə ki, Azərbaycanın dünya ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirakını təmin etmək məqsədilə səlahiyyətli iqtisadi operator institutunun yaradılması nəzərdə tutulur. Bu institut Dünya Gömrük Təşkilatının çərçivə standartlarından biridir.
Məcəllədə gömrük işində informasiya texnologiyalarının geniş tətbiqi, gömrük auditinin həyata keçirilməsi, hüquqpozmaların qabaqcadan aşkar edilməsi məqsədilə risklərin analizi və idarə edilməsi kimi normalar da əksini tapıb: «Belə sistem bütün qabaqcıl dünya ölkələrində tətbiq olunur. Bu da DGT-nin çərçivə standartlarından biridir».
Məcəllədə nəzərdə tutulan digər yenilik malların və nəqliyyat vasitələrinin qabaqcadan elektron formada bəyan edilməsidir. Məlumatların elektron formada mübadiləsi, xüsusi gömrük proseduralarının tətbiqi, gömrük nəzarəti və rəsmiləşdirilməsi, gömrük valyuta nəzarəti aparılması nəzərdə tutulub.
Yeniliklərdən biri də məcəllədə gömrük orqanlarının ixrac nəzarətinin, eləcə də tərkibində əqli mülkiyyət olan malların üzərində gömrük nəzarətinin aparılması ilə bağlıdır. Bundan başqa, dövlət sərhədinin buraxılış məntəqəsində «bir pəncərə» prinsipinin həyata keçirilməsi də əksini tapıb. Bütün bunlar iqtisadi təhlükəsizlik və mənafelərin qorunması istiqamətinə aiddir.
Məcəllədə digər istiqamət milli təhlükəsizliyin qorunmasına aiddir. Şöbə rəisinin sözlərinə görə, bura gömrük sahəsində cinayətlərə və gömrük qaydalarının əleyhinə olan inzibati xətaların aşkar edilməsi və onun təhqiqatının aparılması, gömrük orqanlarının əməliyyat axtarış fəaliyyəti, ibtidai istintaq və təhqiqat qaldırmaq hüquqları, qadağa və məhdudiyyətlərin tətbiqi, risklərin təhlili və idarə edilməsi və s. məsələlər aiddir.
Məcəllədə digər istiqamət gömrük işində informasiya sistemləri və texnologiyaların tətbiqidir. Bura məlumatların mühafizəsi və onların elektron formada mübadiləsi, gömrük orqanlarının elektron informasiya sisteminin yaradılması, gömrük orqanları tərəfindən məsləhət vermələrin həyata keçirilməsi daxildir.
Eləcə də malların qısa idxal-ixrac əməliyyatlarında sadələşdirilmiş bəyannamələrin tətbiqi nəzərdə tutulur.
Məcəllədə gömrük orqanlarının digər dövlət qurumları ilə əməkdaşlığı da nəzərdə tutulub. Bura gömrük təmsilçiliyi, gömrük brokeri, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operatorlar və gömrük orqanları tərəfindən «bir pəncərə» sisteminin həyata keçirilməsi aiddir. Yeni məcəlləyə əsasən, DGK-nin digər ölkələrdə gömrük attaşelərinin təyin olunması da nəzərdə tutulur.
Yeni sənəddə gömrük orqanı əməkdaşlarının qərarlarından şikayət etmə, gömrük brokeri, gömrük orqanlarının təhqiqat, istintaq, əməliyyat axtarış fəaliyyəti, onların hərəkət və hərəkətsizliyindən şikayət və s. məsələlər daha da təkmilləşdirilib.
Şöbə rəisinin sözlərinə görə, yeni məcəllə gömrük sisteminin maddi texniki bazasını daha da möhkəmləndirəcək, büdcəyə gəlirlərin artmasına səbəb olacaq. İdxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif metodlarının tətbiqinə, gömrük işində avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqinə imkan verəcək: «Eləcə də tətbiq olunan gömrük tarif tənzimləmə vasitələrinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, gömrük işinin şəffaflığının artırılmasına təkan verəcək».
Sərhədi keçən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində «bir pəncərə» prinsipinin tətbiq edilməsi məsələsi də məcəllədə əksini tapıb.
Maliyyə
İranda banklara növbəti kiberhücum olub
Azərbaycanda yeni BOKT yaradılıb
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Xəbər Lenti
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
Oman və İran Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
Azercell və "Samsung"dan yeni kampaniya!
Prezident bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
İranda banklara növbəti kiberhücum olub
"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Prezident İlham Əliyevin sosial media hesabında Şuşada uşaqlarla görüş barədə paylaşım edilib - VİDEO
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb
Azərbaycanda yeni BOKT yaradılıb
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir
"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək
Tramp: Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb, bu, rekorddur
FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Tramp İranın nüvə obyektlərinin yoxlanılmasına tam razılıq verdiyini bildirib
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Rusiya Gürcüstanın Milli Qəhrəmanının ölümünə görə kompensasiya ödəməli olacaq
Sabah bütün sosial yardımlar ödəniləcək
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Lavrov Alyaska görüşünü Rusiyanı növbəti dəfə aldatmaq hekayəsi adlandırıb
KİV: Tramp Zelenskiyə Rusiyaya təzyiq göstərmək üçün “yaşıl işıq” yandırıb
Lukaşenko Zelenskinin təhdidlərindən sonra vətəndaşlara müraciət edib: Belarusda lazım olan hər şey var
Qəbələdə 4 ton çətənə kolu məhv edilib
Putin: Qərb açıq şəkildə müharibəyə hazırlaşmaqdan danışır, adekvat cavab verməyə hazırıq
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Bakıda beş ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb - VİDEO
Litva hökuməti istefa verib
Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var