Bank Of Baku

Belqradda Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ilk iclası keçirilib - YENİLƏNİB

Belqradda Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ilk iclası keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 04 noyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün Belqradda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ilk iclası keçirilib.

APA-Economics”in Serbiya KİV-nə istinadən xəbərinə görə, komissiyanın həmsədrləri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın xarici işlər naziri Vuk Yeremiçdir.

İclasda qeyd olunub ki, Azərbaycan-Serbiya münasibətləri qarşılıqlı anlaşma, suverenlik və ərazi bütövlüyü prinsipləri nəzərə alınmaqla sabit və uzunmüddətli əsasda inkişaf edir.

İclasın yekunlarına əsasən protokol imzalanıb. Protokola Şahin Mustafayev və Vuk Yeremiç imza atıblar.

“Biz Serbiyaya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini dəstəklədiyinə görə təşəkkür edirik. Eyni zamanda Azərbaycan da Kosovo münaqişəsinin tənzimlənməsində Serbiyanı dəstəkləyirik” - deyə Ş.Mustafayev qeyd edib.

V.Yeremiç isə siyasi və iqtisadi sferada Azərbaycanı Serbiyanın yaxın tərəfdaşı adlandırıb. O, hökumətlərarası komissiyanın iclasının iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini də vurğulayıb: “Serbiya Azərbaycanla inşaat, əczaçılıq sənayesi, kənd təsərrüfatı və energetika sahələrində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır”.

Qeyd edək ki, bu gün Belqradda Azərbaycan-Serbiya biznes-forumu keçiriləcək. Forumda iki ölkənin işgüzar dairələrinin 200 nümayəndəsi iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR