Bank Of Baku

«Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub

«Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub
# 04 noyabr 2011 11:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sənədə əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat səviyyəsində nəzərdə tutulub.

İclasın yekununda qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.

Qeyd edək ki, «Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR