Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,2%-ə enib

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,2%-ə enib
# 04 noyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit portfeli 2011-ci il sentyabrın 1-nə 9 528,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 739,8 mln. manat və ya 8,4% artıb. Eyni zamanda, avqust ayı ərzində kredit portfeli 408,2 mln. manat və ya 4,5% artıb.

Kredit təşkilatlarında vaxtı keçmiş kreditlərin həcmi sentyabrın 1-nə 592,5 mln. manat təşkil edib ki, bu da ümumi kredit portfelində 6,2%-lik xüsusi çəkisinə malikdir. Müqayisə üçün bildirək ki, ötən ilin sentyabrın 1-də bu göstərici 4,8%, cari ilin əvvəlində 5,4%, avqustun 1-də isə 6,4% olub.

Göründüyü kimi, son dövrlər vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin artması müşahidə olunur, bu da kredit alanlar arasında ödəmə qabiliyyətinin pisləşməsi ilə əlaqədardır. Eyni zamanda, bu tendensiyanın avqustda dayandığını qeyd etmək lazımdır. Belə kimi, avqust ayında kredit portfelinin artım tempi vaxtı keçmiş kreditlərin həcminin artım tempindən daha yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR