Bank Of Baku

«YapıKredi Bank Azərbaycan»ın müddətli depozitləri son bir ildə kəskin azalıb

«YapıKredi Bank Azərbaycan»ın müddətli depozitləri son bir ildə kəskin azalıb
# 04 noyabr 2011 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azərbaycan»ın depozit portfelinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 75,212 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 4,7 dəfə azalaraq 3,353 mln. manat, tələb olunanadək depozitləri 31% artaraq 71,828 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 1,7% artaraq 14,339 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azərbaycan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 8 filialı, 17 bankomatı və 135 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR