Bank Of Baku

ABŞ İran Mərkəzi Bankına qarşı sanksiyalardan imtina edib

ABŞ İran Mərkəzi Bankına qarşı sanksiyalardan imtina edib
# 07 noyabr 2011 15:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ Administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqindən imtina edib. «APA-Economics»in məlumatına görə, buna səbəb kimi belə sanksiyalar nəticəsində neft təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin artması ehtimallarının olduğu göstərilir.

Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.

ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda gərginliyin artması fonunda baş verib. Yaxın günlərdə MAQATE İranla bağlı növbəti hesabatını açıqlayacaq və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşması qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR