Bank Of Baku

“Kapital Bank”ın kredit portfeli son bir ildə 2,2 dəfə artıb

“Kapital Bank”ın kredit portfeli son bir ildə 2,2 dəfə artıb
# 08 noyabr 2011 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin oktyabr ayının 1-nə 883,769 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 12 ay müddətinə verilən kreditlərin həcmi 28% azalaraq 180,663 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 4,3 dəfə artaraq 737,969 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi ipoteka kreditləri 24% artaraq 13,346 mln. manat, bankın öz proqramı vasitəsi ilə verilən ipoteka kreditləri isə 28% azalaraq 5,573 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın depozit portfelinin həcmi 42% genişlənərək 368,546 mln. manata, o cümlədən müddətli depozitlər 31% artaraq 126,853 mln. manat, tələb olunanadək depozitlər 49% artaraq 241,693 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 33,5% artaraq 249,356 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən qiymətli kağızlara yatırılan investisiyaların həcmi 20% azalaraq 9,238 mln. manat, xarici öhdəliklərin həcmi isə 41% artaraq 15,424 mln. manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 412 bankomatı, 424 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR