Bank Of Baku

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 11% artıb

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 11% artıb
# 10 noyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2011-ci il sentyabrın 1-nə 8 449,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 823,9 mln. manat və ya 10,8% artıb.

Depozitlərin tərkibində 3 660,7 mln. manat və ya 43,3% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi ilin əvvəlindən 630,9 mln. manat və ya 20,8% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi sentyabrın 1-nə 4 789 mln. manata bərabər olub. Bu göstərici ilin əvvəlindən 193 mln. manat və ya 4,2% artıb. Depozitlərin 2 473,2 mln. manatı və ya 51,6%-i maliyyə təşkilatları, 2 315,8 mln. manatı və ya 48,4%-i qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR