Bank Of Baku

“Reuters”: Fransa və Almaniya yeni avrozona yaradılması ilə bağlı danışıqlar aparır

“Reuters”: Fransa və Almaniya yeni avrozona yaradılması ilə bağlı danışıqlar aparır
# 10 noyabr 2011 13:15 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa və Almaniya hökumətləri Avropa İttifaqının (Aİ) valyuta blokunda islahatlar aparılması ideyasını müzakirə edirlər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Fransa və Almaniya son aylar avrozonada bütün səviyyələrdə islahatlar aparılmasına dair intensiv danışıqlar aparıblar.

Bu barədə agentliyə açıqlama verən mənbələr bildirib ki, müzakirələr hələlik fikir mübadiləsi səviyyəsində qalıb: “Bu istiqamətdə maksimum ehtiyatla hərəkət etmək lazımdır. Avrozonanın üzvü olmaq istəməyən və ya üzvü ola bilməyən ölkələrin siyahısını tutmaq zəruridir”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi Yunanıstanın avrozonanın tərk etməsini istisna etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR