Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 10 noyabr 2011 15:08 (UTC +04:00)
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, tədbir Macarıstan prezidenti Pal Şmitin Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək. Komissiyanın iclasında iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Azərbaycan tərəfindən komissiyaya iqtisadi inkişaf naziri Şahin Mustafayev, Macarıstan tərəfindən isə Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad həmsədrlik edir.

Qeyd edək ki, bundan başqa noyabrın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçiriləcək. Biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, sənaye, tikinti, təhsil, konsaltinq, İKT, maliyyə, səhiyyə, logistika və digər sektorları təmsil edən Macarıstan və Azərbaycan iş adamları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR