Bank Of Baku

Bakı Fond Birjası listinqi genişləndirir

Bakı Fond Birjası listinqi genişləndirir
# 11 noyabr 2011 12:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) birja rəhbərliyi və qiymətli kağızlar bazarında fəaliyyət göstərən broker təşkilatlarının nümayəndələri ilə növbəti görüş keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, «Standard Capital», «Texnika Kapital Menecment», «Çelsi Kapital», «YapıKredi İnvest» və «Caspian Financial» broker təşkilatlarının qatıldığı görüşün əsas müzakirə mövzusu yerli fond bazarında ədalətli qiymət formalaşdırılması olub.

Yığıncaqda bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb. Belə ki, görüşdə birja üzvləri tərəfindən birjadan kənar keçirilən əqdlər barədə məlumatların açıqlanması və səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmdar cəmiyyətlərinin hesabatlarının birjanın rəsmi veb-səhifəsində açıqlanmasına dair təkliflər səsləndirilib.

Görüşün nəticəsi olaraq birjada ədalətli qiymət formalaşdırılması və yeni şirkətlərin birja listinqinə daxil edilməsi ilə «mavi fişkaların» (blue chips) müəyyən edilməsi istiqamətində birgə işçi qrupunun yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR