Bank Of Baku

«Moody’s» Azərbaycanın «Unibank»ının reytinqi üzrə proqnozunu artırıb

«Moody’s» Azərbaycanın «Unibank»ının reytinqi üzrə proqnozunu artırıb
# 11 noyabr 2011 15:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. «Moody’s Investors Service» beynəlxalq agentliyi Azərbaycanın «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozların «sabit»ə qədər yüksəldib və bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın maliyyə dayanıqlılığı reytinqini agentlik «E+» səviyyəsində dəyərləndirib.

«Moody’s»in yeni qiymətləndirməsi bankın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə hesabatlarına, habelə ötən ilin audit yoxlamasından keçən və beynəlxalq standartlara müvafiq tərtib olunan maliyyə hesabatlarına əsaslanır. Agentliyin analitiklərinin fikrincə, reytinq üzrə proqnozun «sabit»ə dəyişdirilməsi cari ildə «Unibank»ın gəlirliliyinin davamlı artım tendensiyası ilə bağlıdır. Bundan əlavə, «Moody’s» bankın kredit portfelinin 27% artmasına əsaslanaraq, aktivlərinin keyfiyyətinin sabitləşməsini də qeyd edir. «Moody’s» ekspertləri təsdiq edirlər ki, bankın reytinqinin daha da yüksəlməsi imkanları gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

Xatırladaq ki, «Moody’s Investor Service» agentliyi «Unibank» üzrə reytinq qiymətləndirməsini sonuncu dəfə 2008-ci ilin noyabr ayında dəyişib.

«Unibank»ın səhmdarları arasında 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və «DEG» Almaniya İnvestisiya şirkəti (8,33%) var. Cari ilin oktyabr ayının 31-nə, Bankın aktivləri 446 mln. manat, kredit portfeli 332,5 mln. manat, mənfəəti isə 5,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR