Bank Of Baku

Yunanıstanın yeni baş naziri bir sıra nazirləri dəyişib

Yunanıstanın yeni baş naziri bir sıra nazirləri dəyişib
# 11 noyabr 2011 15:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yunanıstanın yeni baş naziri Lukas Papadimos bir sıra nazirləri dəyişib. “APA-Economics”in məlumatına görə, bunların sırasında xarici işlər, daxili işlər və müdafiə nazirləri var.

Maliyyə naziri Evangelos Venizelos öz vəzifəsində qalıb. Xarici işlər naziri vəzifəsinə ətraf mühit üzrə keçmiş avrokomissar Stavros Dimas, müdafiə naziri vəzifəsinə Afinanın keçmiş meri Dimitros Avramopulos, daxili işlər naziri vəzifəsinə Anastasios Yannitsis, maliyyə nazirinin müavini vəzifəsinə isə İoannis Murmuros təyin edilib.

Qeyd edək ki, Anastasios Yannitsis sol mərkəzçi, İoannis Murmuros isə sağ mərkəzçi partiyaların nümayəndələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR