Bank Of Baku

Azərbaycan Sənaye Bankı daha bir layihənin icrasına başlayıb - FOTOSESSİYA

Azərbaycan Sənaye Bankı daha bir layihənin icrasına başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 noyabr 2011 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sənaye Bankının (ASB) dəstəklədiyi daha öncə Bakı, Gəncə və Sumqayıtda keçirlmiş «Regionlarda qadın sahibkarlığının inkişafı» layihəsinin icrasını uğurla davam etdirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayının 11-də layihə Bakının Suraxanı rayonunda keçirilmiş tədbirin də əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

Layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyətinə başlamaq arzusunda olanlar, tələbələr, müəllimlər, valideynlər və icma liderləridir. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədilə mikro-kreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.

«Öz biznesinə necə başlamalı» və «Yeni başlayanlar üçün biznesin idarə olunması sertifikatlaşdırılmış proqram» seminarlarından bizneslərini inkişaf etmək istəyən qadınlar bəhrələnəcək. Layihənin məqsədi və əldə ediləcək nailiyyətlər ictimaiyyətə açıqlanacaq.

Qadınların kütləvi informasiya vasitələrinə çıxışı onların müsahibələri ilə müşayiət olunacaq. Layihə, onun icraçıları və donorlar haqda məlumat, eləcə də fəaliyyətlər və nəticələr barədə yeniləşən materiallar yerləşdiriləcək, internet səhifəsi isə dinamikliyi ilə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR