Bank Of Baku

Saakaşvili: “Rusiyadan çıxarılan kapitalı Gürcüstana cəlb etməliyik”

Saakaşvili: “Rusiyadan çıxarılan kapitalı Gürcüstana cəlb etməliyik”
# 16 noyabr 2011 11:59 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyadan çıxarılan kapitalı ölkəsinə cəlb etməyin zəruri olduğunu bəyan edib.

APA-Economics”in xəbərinə görə, bu bəyanatı o, Gürcüstan Bankının yeni kommersiya ofisinin açılışında səsləndirib.

Onun sözlərinə görə, Rusiyadan kapitalın qaçırılmasında təəccüblü heç nə yoxdur: “Rusiyadan fərqli olaraq, Gürcüstanda cəlbedici investisiya mühiti və effektiv dövlət aparatı fəaliyyət göstərir. Biz sərhəddə durub Rusiyadan qaçan kapitalı ovlamalıyıq”.

M.Saakaşvili qeyd edib ki, 2006-cı ildə Rusiyanın Gürcüstan məhsullarına qarşı tətbiq etdiyi embarqo böyük zərbə olsa da, onlara ayaq üstə durmağı öyrədib.

Prezidentin dediyinə görə, Gürcüstan iqtisadiyyatı ölkədə cərəyan edən siyasi proseslərdən asılı deyil: “Onlar bir-birindən ayrılıblar. Xalq isə sabitliyi, islahatları və bütün bunları təmin edən kursu dəstəkləyir”.

M.Saakaşvili infrastrukturun inkişaf səviyyəsinə görə Gürcüstanın bir çox Avropa ölkələrini, o cümlədən Polşa, Litva və Latviyanı qabaqlayır: “Avropa İttifaqına məhz bu cür infrastrukturla daxil olmaq niyyətindəyik. İlin sonunadək isə Avropa İttifaqı ilə dərin azad ticarət haqqında saziş imzalayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR