Bank Of Baku

«Zamin Bank» son bir ildə mənfəətini 10% artırıb

«Zamin Bank» son bir ildə mənfəətini 10% artırıb
# 16 noyabr 2011 12:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin 2011-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 2,534 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 66% artaraq 26,207 mln. manata, o cümlədən faiz gəlirləri 17,967 mln. manata, qeyri-faiz gəlirləri isə 8,239 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 75% artaraq 23,673 mln. manat, o cümlədən faiz xərcləri 6,823 mln. manat, qeyri-faiz xərcləri isə 16,850 mln. manat təşkil edib.

Nəticədə, bu ilin ilk 9 ayını bank 11,144 mln. manat həcmində faiz mənfəəti və 8,611 mln. manatlıq qeyri-faiz zərəri ilə başa vurub.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı, 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR