Bank Of Baku

Nazir müavini: “Gələn ilin əvvəlində sosial ipotekanın yeni şərtləri müəyyənləşəcək”

Nazir müavini: “Gələn ilin əvvəlində sosial ipotekanın yeni şərtləri müəyyənləşəcək”
# 16 noyabr 2011 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. “Yəqin ki, növbəti ilin əvvəlində sosial ipotekanın yeni şərtlərinin hansı şəkildə qəbul olunmasının şahidi olacağıq”. “APA-Economics”in məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib.

İ.Babayev deyib ki, sosial ipoteka ilə bağlı yeni təkliflərin hazırlanması istiqamətində müvafiq işlər davam etdirilir: “Sosial ipoteka ilə bağlı yeni təkliflər müəyyənləşib. Burada əsas məqam sosial ipotekanın verilmə qaydalarının daha da asanlaşdırılmasıdır”.

Nazir müavini qeyd edib ki, ipotekanın verilmə şərtlərinin - meyarların genişləndirilməsi məsələsi də əsas məqamlardan biridir: “Digər nüans isə bundan ibarətdir ki, indiyə qədər sosial ipoteka yalnız gənc ailə məfhumunu əhatə edirdisə, yeni təkliflər içərisində bunun gənclərə də şamil edilməsi nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR