Bank Of Baku

Joze Manuel Barrozu: “Avrozonada böhran sistemli xarakter alıb”

Joze Manuel Barrozu: “Avrozonada böhran sistemli xarakter alıb”
# 16 noyabr 2011 13:46 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu avrozonadakı böhranın sistemli xarakter aldığını bəyan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Avropa parlamentinin deputatları qarşısında çıxış edən Barrozu bildirib ki, böhranla mübarizə əlavə və daha ciddi tədbirlərin görülməsini tələb edir.

“Mübarizə üçün Avropa iqtisadi birliyini parçalamaq yox, əksinə, daha ciddi daha sıx iqtisadi inteqrasiya tələb olunur” - deyə Avropa Komissiyasının prezidenti qeyd edib.

Onun fikrincə, avrozona daxilində iqtisadi əlaqələrin dərinləşməsi Avropa Birliyinin hələ də milli valyutadan istifadə edən dövlətlərini çətin vəziyyətə salmamalıdır: “17 üzvü olan avrozona ilə Avropa Birliyinin digər 10 üzvü arasında fərq qoyulmamalıdır”.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR