Bank Of Baku

Maliyyə Nazirliyi: Azərbaycan dövlət büdcəsindən «Eurovision-2012» müsabiqəsinə 1 mlrd. dolların xərclənəcəyi ilə bağlı məlumat qeyri-dəqiqdir

Maliyyə Nazirliyi: Azərbaycan dövlət büdcəsindən «Eurovision-2012» müsabiqəsinə 1 mlrd. dolların xərclənəcəyi ilə bağlı məlumat qeyri-dəqiqdir
# 16 noyabr 2011 14:01 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bir sıra KİV-də sözügedən müsabiqəyə hazırlıq işlərinə dövlət büdcəsindən 1 mlrd. ABŞ dollarının xərclənəcəyi ilə bağlı dərc olunan məlumat qeyri-dəqiq informasiyadır.

«Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə dəqiqləşdirmə aparılmadan bəzi yerli və xarici informasiya agentliklərində gedən və heç bir əsası olmayan informasiya Nazirliyə istinadən təqdim edilib», - deyə Nazirlikdən bildirilib.

Bununla əlaqədar, Maliyyə Nazirliyi həmin məlumatları təkzib edir və ilkin məlumatı yayan KİV-in Nazirlikdən rəsmən üzr istədiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR