Bank Of Baku

«Rabitəbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 17% artırıb

«Rabitəbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 17% artırıb
# 16 noyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin kredit portfelinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 85,056 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ay müddətinə verdiyi kreditlərin həcmi 36,617 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 48,440 mln. manata, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi isə 11,345 mln. manata çatıb. Bununla yanaşı, son bir ildə bank istehlak kreditləşməsini 6% - 21,908 mln. manata qədər azaldıb.

Təhlil olunan dövr ərzində bankın depozit portfeli 12% genişlənərək 71,374 mln. manat, o cümlədən müddətli depozitlər 59,870 mln. manat, tələb olunanadək depozitlər 11,504 mln. manat, əhalidən cəlb edilən əmanətlər 17% artaraq 63,479 mln. manat olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə bankın 18 filialı, 29 bankomatı və 182 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR