Bank Of Baku

Azərbaycanın maliyyə naziri Dünya Bankının regional şöbə müdirini qəbul edib

Azərbaycanın maliyyə naziri Dünya Bankının regional şöbə müdirini qəbul edib
# 16 noyabr 2011 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» (CAP/SAP) üzrə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Maliyyə idarəetməsi şöbəsinin müdiri Əhmədu Mustafa Ndiayenin (Ahmadou Moustafa Ndiaye) rəhbərlik etdiyi missiyanı qəbul edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə CAP/SAP-ın icrasında əldə edilmiş irəliləyişlər nəzərdən keçirilib və 2012-ci ildə planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı bildirilib ki, layihənin 7 əsas altkomponentlərin 4-ü üzrə satınalmalar prosesi başa çatıb, qalan 3 və ən həcmli altkomponentlər üzrə satınalmalar prosedurunun ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

Layihənin icrasında nəzərə çarpan irəliləyişlərin olduğunu qeyd edən missiya üzvləri bu nailiyyətlərin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Qeyd olunub ki, layihə çərçivəsində mühasibat uçotu, audit və maliyyə idarəetməsi sahəsində beynəlxalq standartlara uyğun sürətli islahatlar aparılır. O cümlədən, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Vahid Sertifikatlaşdırma Sistemi və «Dövlət sektorunun qurumları üçün elektron hesabat sistemi» yaradılır.

Xatırladaq ki, CAP/SAP-ın məqsədi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının tərtibində hesabatlılığın və şəffaflığın gücləndirilməsi və bu cür islahatların davamlılığının təmin edilməsi üçün institusional quruculuğun dəstəklənməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR