Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda bankomatlar vasitəsilə 4,6 mlrd. manatlıq əməliyyat aparılıb

Yanvar-sentyabr aylarında Azərbaycanda bankomatlar vasitəsilə 4,6 mlrd. manatlıq əməliyyat aparılıb
# 17 noyabr 2011 09:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabr ayının sonuna Azərbaycanda bank plastik kartlarına 2 056 bankomat və 12 204 POS-terminal vasitəsilə xidmət göstərilib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 9 ayı ərzində bankomatlar vasitəsilə 4 643 mln. manat həcmində 34,68 mln. əməliyyat aparılıb.

Eyni zamanda POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 1 256 min ədəd, həcmi isə 283 mln. manat təşkil edib.

Azərbaycanda bank kartlarının sayı ilin əvvəlinə nisbətən 228 min ədəd artaraq 4,5 mln-a çatıb ki, bu da hər 1 min nəfərə (yetkinlik yaşına çatmış) orta hesabla 737 ödəniş kartının düşməsi deməkdir. Dövr ərzində «İnternet-Banking» sistemi vasitəsilə 23,2 mln. manat məbləğində 20,1 min əməliyyat həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR