Bank Of Baku

Sabah «Meqa Sığorta»nın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq

Sabah «Meqa Sığorta»nın əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq
# 17 noyabr 2011 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 18-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış «Meqa Sığorta» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 400 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Çelsi Kapital» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 40% artaraq 7 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 2010-cu ilin oktyabr ayınadək «BE&G» sığorta adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildən «Naxçıvan» sığorta brendi ilə yaradılıb və 2001-ci ildə şirkətin adı «BE&G»yə dəyişdirilib. Hazırda şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR