Bank Of Baku

İcmal: Azərbaycan bank sektorunda məcmu kredit portfelinin 6,5%-i vaxtı keçmiş kreditlərin payına düşür

İcmal: Azərbaycan bank sektorunda məcmu kredit portfelinin 6,5%-i vaxtı keçmiş kreditlərin payına düşür
# 17 noyabr 2011 12:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanmış Maliyyə sabitliyi İcmalında deyilir.

İcmalda göstərilir ki, kredit portfelinin məqbul səviyyədə qalmasını bir tərəfindən əlverişli makroiqtisadi mühit, davam edən iqtisadi aktivlik, digər tərəfdən isə banklarda risk-menecment sisteminin təkmilləşdirilməsi və portfelin keyfiyyətinin yaxşılaşmasına yönəlmiş tədbirlər şərtləndirilib. Belə ki, kredit portfelinin keyfiyyətinə dair banklar arasında aparılan sorğuya əsasən, borcalanların borc yükünün yaxşılaşdırılması məqsədi ilə kreditlərin restrukturizasiyası imkanlarından istifadə edilib. Sorğuda iştirak edən respodentlərin təxminən 70%-i kreditin ödəniş müddətinə güzəşt edilməsini, kreditin son ödəniş müddətinin uzadılması və yeni ödəniş qrafikin tətbiqini qeyd edir.

Yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən Azərbaycan bank sisteminin mümkün, lakin müstəsna şoklara qarşı dayanıqlığının yoxlanılması məqsədi ilə davamlı olaraq stress-testləşmə həyata keçirilib. Stress-testləşmə ilə makroiqtisadi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi barədə mülahizələr qurulub və makroiqtisadi ssenari hazırlanıb. Aparılmış son stress-testləşdirmənin nəticələrinə əsasən, bank sisteminin hətta ən kəskin makroiqtisadi şoklara dayanıqlı vəziyyətdə olduğunu, kredit risklərinin idarə olunan səviyyədə və kapital adekvatlığının normadan (12%) yüksək olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR