Bank Of Baku

Afrikanın 40 ən varlı adamının reytinqi açıqlanıb

Afrikanın 40 ən varlı adamının reytinqi açıqlanıb
# 17 noyabr 2011 12:51 (UTC +04:00)
Bakı - APA-Economics. “Forbes” jurnalı Afrikanın 40 ən varlı adamının reytinqini açıqlayıb. “APA-Economics”in xəbərinə görə, onların məcmu kapitalı 64,9 mlrd. dollar təşkil edir.

Reytinqə 54 yaşlı nigeriyalı Aliko Danqote başçılıq edir. O, şəkər, duz un istehsal edən “Dangote Cement” korporasiyasına başçılıq edir və sərvəti 10,1 mlrd. dollar həcmində qiymətləndirilir.

İkinci yerdə almaz maqnatı Niki Oppenqeymer (6,5 mlrd. dollar), üçüncü yerdə misirli Naqib Saviris (4,750 mlrd. dollar) gəlir.

İlk beşliyi CAR-dan Yohann Rupert (4,7 mlrd. dollar) və nigeriyalı Mayk Adenuqa (4,3 mlrd. dollar) tamamlayır.

Maraqlıdır ki, Afrikanın 40 zəngin sakini arasında bircə qadın da yoxdur. Ən çox milyarderə sahib olan ölkə isə Misirdir - 7.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR