Bank Of Baku

«Bank VTB Azerbaijan»ın qeyri-faiz zərəri artıb

«Bank VTB Azerbaijan»ın qeyri-faiz zərəri artıb
# 17 noyabr 2011 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC 2011-ci ilin yanvar-sentyabr aylarını 2,389 mln. manat zərərlə başa vurub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 8,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 43% artaraq 3,396 mln. manat, o cümlədən faiz gəlirləri 38% artaraq 3,109 mln. manat, qeyri-faiz gəlirləri isə 2,4 dəfə artaraq 288 min manat olub.

Bu müddət ərzində bankın xərcləri 16% artaraq 5,785 mln. manat, o cümlədən faiz xərcləri 7,6% azalaraq 797 min manat, qeyri-faiz xərcləri isə 21% artaraq 4,988 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 66% artaraq 2,311 mln. manat, qeyri-faiz zərəri isə 17,4% artaraq 4,700 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «VTB Azerbaijan» ASC-yə lisenziya 2009-cu ilin martında verilib. Bankın səhmdarları sırasında Rusiyanın «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR