Bank Of Baku

Polşada yeni hökumətin tərkibi açıqlanıb

Polşada yeni hökumətin tərkibi açıqlanıb
# 17 noyabr 2011 13:33 (UTC +04:00)
Bakı - APA-Economics. Polşanın baş naziri Donald Tusk yeni hökumətin tərkibini açıqlayıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, D.Tusk keçidiyi mətbuat konfransında kabinetin yeni tərkibinin prezident Boris Komorovski ilə razılaşdırıldığını bildirib.

Onun sözlərinə görə, yeni hökumətə baş nazirdən başqa 19 nazir daxildir. Koalision hökumətə “Vətəndaş platforması” Partiyasının (lideri Donald Tusk) və Polşa Kəndli Partiyasının (lideri Valdemar Pavlyak) nümayəndələri, eləcə də 6 bitərəf nazir daxildir.

Qeyd edək ki, oktyabrın 9-da Polşada parlament seçkiləri keçirilib. Noyabrın 8-də parlamentin yeni tərkibinin ilk iclası keçirilib və D.Tusk Konstitusiyaya uyğun olaraq Seymin ilk iclasında hökumətin istefa verdiyini bəyan edib. Prezident B.Komorovski isə seçkilərdə qalib gəlmiş “Vətəndaş platforması” Partiyasının lideri kimi D.Tuska yeni hökuməti formalaşdırmaq səlahiyyəti verib. Hökumətin tərkibini təsdiqləmək üçün 231 deputatın səsi kifayət edir. Koalisiya isə parlamentdə 235 deputata malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR