Bank Of Baku

Azərbaycanda milli ödəniş sistemləri üzrə ümumi dövriyyə 23% artıb

Azərbaycanda milli ödəniş sistemləri üzrə ümumi dövriyyə 23% artıb
# 17 noyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın milli ödəniş sistemləri ilə ümumilikdə 72 771 mln. manat həcmində 13,4 mln. əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 78,4%, ümumi həcmi isə 22,9% artıb.

Hesabat dövründə ödənişlərin orta gündəlik sayı 67,6 min ədəd, həcmi isə 367,5 mln. manat təşkil edib ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 77,9% və 22,8% çoxdur.

Nağdsız ödənişlərin 92,1%-i AZIPS sistemi vasitəsilə həyata keçirilib və onun ümumi həcmi 67 009 mln. manat olub (271 min. ədəd əməliyyat). Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi 22,5% artıb. Hər bir ödəniş sənədinin məbləği orta hesabla 249,8 min manat təşkil edib.

Məbləğ baxımından ödənişlərin 7,9%-i XÖHKS sistemi vasitəsilə həyata keçirilib. Say baxımından isə XÖHKS sisteminin payı 98% təşkil edib və hesabat dövrünün sonuna 13,12 mln. ödəniş (ümumi həcmi 5 762 mln. manat) olub. Bu da ötən ilin müvafiq səviyyəsini həcm etibarı ilə 26,6%, say etibarı ilə 81,2% üstələyib. Hər bir ödənişin məbləği orta hesabla 447,2 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR