Bank Of Baku

Azərbaycanda bank depozitləri son bir ildə 30% artıb

Azərbaycanda bank depozitləri son bir ildə 30% artıb
# 17 noyabr 2011 13:49 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, son bir ildə bu göstərici 1 998,9 mln. manat və ya 29,7% artıb.

Depozitlərin tərkibində 3 622,4 mln. manat və ya 41,4% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 824,1 mln. manat və ya 29,6% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi oktyabrın 1-nə 5 118,2 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 1 174,8 mln. manat və ya 29,8% artıb. Depozitlərin 2 530,4 mln. manatı və ya 49,4%-i maliyyə təşkilatları, 2 587,8 mln. manatı və ya 50,6%-i qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR